Dr. İlqar Məmmədov

Xəstəliklər

Sistem autoimmun və nadir revmatoloji xəstəliklər

Bəzi revmatoloji xəstəliklər yalnız oynaqları deyil, dərini, damarları, əzələləri və daxili orqanları da tutur. Bu qrup xəstəliklərdə diaqnoz çox vaxt gecikir, çünki əlamətlər müxtəlif olur.

Bu nədir?

Skleroderma (sistem skleroz)

Dərinin və daxili orqanların sərtləşməsi ilə gedən autoimmun xəstəlik. Çox vaxt əllərin soyuqda rəng dəyişməsi ilə başlayır.

Raynaud fenomeni

Soyuqda və ya stress zamanı barmaqların ağarması, sonra göyərməsi və qızarması. Tək başına da ola bilər, başqa xəstəliyin ilk əlaməti də.

Şeqren sindromu

Göz və ağız quruluğu ilə gedən autoimmun xəstəlik. Tüpürcək və göz yaşı vəziləri tutulur.

Vaskulitlər

Damar divarının iltihabı. Dəridə səpgi, yaralar, hərarət və orqan zədələnməsi ilə özünü göstərə bilər.

Behçet xəstəliyi

Ağızda və cinsiyyət nahiyəsində təkrarlanan yaralar, göz iltihabı və dəri əlamətləri ilə gedir.

Dermatomiozit

Əzələ zəifliyi ilə birlikdə xarakterik dəri səpgiləri.

Ailəvi Aralıq Dənizi Qızdırması (FMF)

Təkrarlanan qısamüddətli hərarət, qarın və ya döş qəfəsi ağrısı tutmaları. Genetik xəstəlikdir.

Fibromialgiya

Bədənin geniş sahələrində davamlı ağrı, yuxu pozğunluğu və yorğunluq. Oynaqda zədələnmə olmur.

Kimlər üçün nəzərdə tutulub?

Əlləri soyuqda ağaran, göyərən və sonra qızaran şəxslər üçün.

Dərisi qalınlaşan, barmaqları çətin bükülən xəstələr üçün.

Gözü və ağzı davamlı quruyan, quru qida udmaqda çətinlik çəkənlər üçün.

Dərisində səbəbi aydın olmayan səpgi, xüsusən ayaqlarda xırda qırmızı ləkələr olanlar üçün.

Ağzında təkrar-təkrar yara çıxan şəxslər üçün.

Uşaqlıqdan təkrarlanan hərarət və qarın ağrısı tutmaları keçirənlər üçün.

Bədəninin hər yeri ağrıyan, yuxusu pozulan və analizləri normal çıxan xəstələr üçün.

Nə vaxt müraciət etməli?

  • Barmaqlarınız soyuqda ağappaq olur, sonra göyərir
  • Barmaq uclarınızda sağalmayan yaralar var
  • Əl dəriniz qalınlaşıb, üzük barmağınıza dar gəlir
  • Gözünüzdə qum hissi var, ağzınız daim quruyur
  • Ayaqlarınızda xırda qırmızı ləkələr çıxıb, basanda solmur
  • Ağzınızda ayda bir neçə dəfə yara çıxır
  • Səbəbsiz hərarət tutmalarınız təkrarlanır
  • Pilləkən qalxmaq və ya saçınızı daramaq çətinləşib

Barmaq ucunda yara, nəfəs darlığı və ya udma çətinliyi varsa, müayinəni təxirə salmayın.

Niyə vacibdir?

Bu xəstəliklərdə diaqnoz çox vaxt illərlə gecikir, çünki əlamətlər müxtəlif həkimlərə paylanır.

Erkən tanınma daxili orqan tutulmasının vaxtında aşkarlanmasına imkan verir.

Raynaud fenomeni bəzən ilk və uzun müddət tək əlamət olur. Onun qiymətləndirilməsi vacibdir.

Digər tərəfdən, hər Raynaud ciddi xəstəlik demək deyil. Müayinənin məqsədi bunu ayırd etməkdir.

Fibromialgiyada isə əsas məqsəd zədələnmə olmadığını göstərmək və ağrının idarə olunmasına keçməkdir.

Necə aparılır?

  1. Ətraflı söhbət. Əlamətlərin başlama vaxtı, ardıcıllığı və bir-biri ilə əlaqəsi dəqiqləşdirilir.
  2. Müayinə. Dəri, dırnaq dibi, oynaqlar, əzələ gücü və ağız boşluğu yoxlanılır.
  3. Analizlər. ANA və alt qrupları, iltihab göstəriciləri, əzələ fermentləri və orqan funksiyaları göstərişə görə baxılır.
  4. Orqan qiymətləndirməsi. Şübhəyə görə ağciyər, ürək və böyrək müayinələri istənə bilər.
  5. Müalicə və təqib. Fərdi plan qurulur, müntəzəm nəzarət təşkil olunur.

Bu qrup xəstəliklərdə bir müayinə ilə nəticəyə gəlmək çox vaxt mümkün olmur. Bəzən müşahidə və təkrar qiymətləndirmə lazımdır.

Diaqnoz aydınlaşana qədər lazımsız güclü müalicədən çəkinilir.

Bu xəstəliklərin müalicəsində istifadə olunan steroid və immun sistemi zəiflədən dərmanlar risk daşıyır: infeksiyalara meylin artması, qan göstəricilərinin dəyişməsi, qaraciyər və böyrək üzərində təsir, uzun müddətli istifadədə sümük sıxlığının azalması. Müalicə müntəzəm analiz nəzarəti altında aparılır və hər dərmanın riskləri sizə fərdi olaraq izah edilir.

Harada aparılır?

Müayinə və təqib Bakıda, StarLab Klinikasında aparılır.

Ünvan: 20 Yanvar küç. 88, 5-ci mikrorayon, Bakı. Qızıltac şadlıq evi ilə üzbəüz.

Əlaqə: +994 55 550 55 69.

Raynaud fenomeni tək başına da ola bilər və bu halda adətən ciddi deyil. Lakin barmaq ucunda yara, dəri qalınlaşması və ya digər əlamətlər varsa, müayinə lazımdır.

Quruluq yaşla və bəzi dərmanlarla da əlaqəli ola bilər. Davamlı və narahat edən quruluq isə Şeqren sindromu baxımından qiymətləndirilməlidir.

Fibromialgiyada oynaqda və ya orqanlarda zədələnmə olmur, buna görə analizlər adətən normaldır. Diaqnoz şikayət və müayinə əsasında qoyulur; analizlər başqa xəstəlikləri istisna etmək üçündür.

Test kömək edir, lakin diaqnoz əsasən klinik əlamətlərə söykənir. Testin mənfi olması xəstəliyi həmişə istisna etmir.

Konsultasiya üçün yazın

Dr. İlqar Məmmədov — Həkim-revmatoloq

StarLab Klinikası, Bakı. Məzmunu yoxlayan: Dr. İlqar Məmmədov.

Son yenilənmə: 2 sentyabr 2026

Əlaqəli səhifələr

Lupus — sistem qırmızı qurd eşənəyi (SLE)

Bir çox orqanı tuta bilən autoimmun xəstəlik. Üzdə kəpənək formalı səpgi, oynaq ağrısı və yorğunluq.

Revmatoloji konsultasiya və diaqnostika

İlk müayinə: şikayətin dinlənilməsi, oynaqların müayinəsi, analiz və şəkillərin birlikdə qiymətləndirilməsi.

Revmatoid artrit — diaqnoz və müalicə

Əl və ayaq barmaqlarında simmetrik şişkinlik və səhər tutulması. Erkən müalicə oynağı qoruyur.

Tez-tez verilən suallar

Ünvan

StarLab Klinikası

20 Yanvar küç. 88, 5-ci mikrorayon
Qızıltac şadlıq evi ilə üzbəüz
Bakı, Azərbaycan

Həkimlə birbaşa əlaqə: +994 55 550 55 69
Klinikanın telefonu: +994 12 431 13 14

Yol göstər

StarLab Klinikası

20 Yanvar küç. 88, 5-ci mikrorayon

Xəritə yalnız siz düyməyə basdıqdan sonra yüklənir. O vaxta qədər heç bir kənar xidmətə sorğu göndərilmir.

Konsultasiya üçün yazın