Tez-tez verilən suallar
Qəbulda ən çox verilən suallar və onlara qısa cavablar.
Oynaq ağrısı və şişkinliyi, səhər tutulması, bel və onurğa ağrısı, əzələ ağrıları, dəri və oynağı birlikdə tutan xəstəliklər, sümük əriməsi və autoimmun xəstəliklər. Qısaca: oynaq, əzələ, onurğa və birləşdirici toxuma ilə bağlı şikayətlər.
Əlinizdə olan bütün analiz cavablarını, rentgen, USM və MRT şəkillərini və hazırda qəbul etdiyiniz dərmanların siyahısını. Dərman qutularının şəklini çəkib gətirmək də kifayətdir.
İlk konsultasiya adətən 20-40 dəqiqə çəkir. Müddət şikayətin mürəkkəbliyindən asılı olaraq hər xəstədə fərqli ola bilər.
Xeyr. Hansı analizin lazım olduğu çox vaxt müayinədən sonra aydınlaşır. Əlinizdə olanları gətirmək kifayətdir.
Xeyr. Oynaq ağrısının bir çox səbəbi var: aşınma, yumşaq toxuma problemləri, sinir sıxılması və iltihabi xəstəliklər. Müayinənin məqsədi məhz bunları bir-birindən ayırmaqdır.
Bir çox xəstə hava dəyişikliyi zamanı şikayətlərinin artdığını bildirir. Bu, xəstəliyin pisləşdiyi anlamına gəlmir və adətən müalicənin dəyişdirilməsini tələb etmir.
Yarım saatdan uzun sürən və hər səhər təkrarlanan tutulma iltihabi xəstəlik baxımından qiymətləndirilməlidir. Qısa müddətli tutulma daha çox aşınma ilə əlaqəli olur.
Əksər revmatoloji laborator testlər üçün ac qalmaq şərt deyil. Yalnız eyni vaxtda qanda şəkər və ya lipid baxılırsa, ac qarına vermək istənə bilər.
Tək bir analiz diaqnoz qoymur. RF, ANA və oxşar göstəricilər sağlam insanlarda da müsbət çıxa bilər. Diaqnoz şikayət, müayinə və analizlərin birlikdə qiymətləndirilməsi ilə qoyulur.
İynə batan an sancı və oynaqda təzyiq hissi olur. İlk gün-iki gün ərzində ağrının müvəqqəti artması normaldır. Prosedurdan əvvəl gözləntilər və risklər sizinlə ayrıca müzakirə olunur.
Əksər xəstələr ertəsi gün adi işinə qayıdır. Prosedur günü ağır fiziki yük, uzun yeriş və idman tövsiyə edilmir.
Bu qəbul böyüklər üçün nəzərdə tutulub. Uşaqlarda oynaq şikayətləri pediatrik revmatoloq tərəfindən qiymətləndirilməlidir.
Mütləq əvvəlcədən bildirin. Bəzi revmatoloji dərmanlar hamiləlikdə və süd verərkən istifadə edilmir. Plan həkimlə birlikdə, xəstəliyin sakit dövründə qurulmalıdır.
Xeyr. Xroniki revmatoloji xəstəliklərdə yaxşılaşma çox vaxt müalicənin işlədiyini göstərir. Öz-özünə dayandırmaq kəskinləşməyə səbəb ola bilər. Hər dəyişiklik həkimlə razılaşdırılmalıdır.
Tək başına yox. Balanslı qidalanma, normal çəki və siqaretdən imtina ümumi gedişə müsbət təsir göstərir. Podaqrada isə pəhrizin ayrıca rolu var.
Bu, xəstəliyin növündən və qəbul etdiyiniz dərmanlardan asılıdır. Bəzi dərmanlar gün ərzində müəyyən saatlarda və qida ilə qəbul edilməlidir. Qərardan əvvəl mütləq həkiminizlə danışın.
Bir çox xəstə stress dövrlərində şikayətlərinin artdığını bildirir. Stress xəstəliyin səbəbi deyil, lakin gedişinə təsir edə bilər.
Bu, xəstəlikdən və seçilən müalicədən asılıdır. Bəzi müalicələr günlər içində, bəziləri isə həftələr sonra təsir göstərir. Gözlənilən müddət qəbulda sizə ayrıca izah olunur.
Diaqnoz üçün fiziki müayinə lazımdır və onu uzaqdan əvəz etmək mümkün deyil. WhatsApp yalnız qəbula yazılmaq və təşkilati suallar üçündür.
WhatsApp və ya zəng ilə: +994 55 550 55 69. Klinikanın telefonu: +994 12 431 13 14. Saytdakı forma da WhatsApp mesajınızı hazır şəkildə açır.
Ünvan
StarLab Klinikası
20 Yanvar küç. 88, 5-ci mikrorayonQızıltac şadlıq evi ilə üzbəüz
Bakı, Azərbaycan
Həkimlə birbaşa əlaqə: +994 55 550 55 69
Klinikanın telefonu: +994 12 431 13 14
StarLab Klinikası
20 Yanvar küç. 88, 5-ci mikrorayon
Xəritə yalnız siz düyməyə basdıqdan sonra yüklənir. O vaxta qədər heç bir kənar xidmətə sorğu göndərilmir.